Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Hazırda oxunan: Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI

196654

İyunun 10-da saat 18 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı 2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayevin aralarında yaranmış mübahisə zamanı Elmir Abışova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO