“Lənkəran-Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verildi - FOTO

“Lənkəran-Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verildi - FOTO

Hazırda oxunan: “Lənkəran-Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verildi - FOTO

196653

Türk Dövlətləri Təşkilatı (TDT) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Lənkəran-Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verilib.

Bizim.Media xəbər verir ki, hər il Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən bir şəhər “Gənclər Paytaxtı” seçilir və ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edilir.

Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclasında 2024-cü ilin “Gənclər Paytaxtı” seçilən Azərbaycanın Lənkəran şəhəri Türk dünyasının “Gənclər Paytaxtı”na ev sahibliyi edəcək. Tədbirdə dövlət rəsmiləri, Türk Dövlətləri Təşkilatının katibliyi (TDT), TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 6 ölkədən 50-dən çox gənc iştirak edir.

Tədbirdə 2023-cü il üzrə “Gənclər Paytaxtı” olan İstanbul şəhərinin rəmzi açarı cari il üçün “Gənclər Paytaxtı” olan Lənkəran şəhərinə təqdim edilib. Daha sonra Lənkəran - Türk dünyasının “Gənclər Paytaxtı”nın loqosu təqdim olunub. Ardınca qonaqlar milli musiqi və rəqs ansamblının çıxışlarını, məşhur müğənnilərin təqdim etdiyi konsert proqramını izləyiblər.
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmi nümayəndələri və gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gənclər Platformasının 2-ci baş assambleyası”, “III Gənc Sahibkarlar Forumu”, “VI Gənc Liderlər Forumu“ adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində beynəlxalq və yerli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, milli dəyərlər, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.

Tədbirlərə iyunun 11-də yekun vurulacaq.







Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO