Azərbaycanda ildırımvurma ÇOXALIB – Təbiətdə nə baş verir? 

Azərbaycanda ildırımvurma ÇOXALIB – Təbiətdə nə baş verir? 

Hazırda oxunan: Azərbaycanda ildırımvurma ÇOXALIB – Təbiətdə nə baş verir? 

196562

Son günlər ildırım vurması nəticəsi ölənlərin sayı artıb. Hansı ki, əvvəllər kiminsə ildırım vurması nəticəsində ölməsi nadir hallardan sayılırdı. Təkcə mətbuatda çıxan xəbərlərə əsasən deyə bilərik ki, son bir ayda 9 nəfəri ildırım vurub. 

Maraqlıdır, təbiətdə nə baş verir? İldırım vurması halları niyə artır?

Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, ildırım yerdən cəmi 5-6 kilometrlikdədir, yəni troposferin aşağı qatındadır:

“Bu dövrlər Azərbaycanda yağıntılı dönəmdir. Bəlkə il boyu ölkədə yağıntı olacaq. Artıq bütün ərazilərdə yağıntının sayı artıb. Təbiətin özündə dövrülük xarakteri var. 50-100 il bundan qabaq da eyni belə hadisələr olub. Hətta səhv etmirəmsə, 1920-ci illərdə ildırım vurması, güclü yağıntılar həddindən çox baş verib. Yəni ona görə də narahat olmağa dəyməz”. 

Ekoloq qeyd edib ki, sadəcə olaraq bizim ildırımla davranmaq qabiliyyətimiz yoxdur:

“O havada silahla, əldə dəmir, cibdə telefon dayanmaq olmaz. Bunlar ildırımı göydə çəkirlər. İldırım qatı qasırğa buludlarının nəticəsində yaranır. Yəni ildırım müxtəlif yüklü (“+” və “-” ilə) buludlar arasında və buludla yer arasında yüklənmələrin toqquşması nəticəsində yaranır. Bu il hava yağıntılı olduğu üçün qasırğa buludları çoxdur. Avropada ilin bu vaxtları nə qədər yağıntılar və ildırım çaxmaları baş verir, amma heç kimi öldürmür”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO