Zərdabda iki narkokuryer saxlanıldı – FOTO  

Zərdabda iki narkokuryer saxlanıldı – FOTO  

Hazırda oxunan: Zərdabda iki narkokuryer saxlanıldı – FOTO  

196525

Zərdabda iki narkokuryer saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkokuryerlik edən Rövşən Bayramlı və İzmir Rüstəmov saxlanılıblar. Onlardan 2 kiloqram tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb. 
Araşdırmalarla adıçəkilən şəxslərin maddi gəlir qarşılığında İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanıb, R.Bayramlı və İ.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO