Ağac budaqlarının “gizlətdiyi” işıqforlar – VİDEO

Ağac budaqlarının “gizlətdiyi” işıqforlar – VİDEO

Hazırda oxunan: Ağac budaqlarının “gizlətdiyi” işıqforlar – VİDEO

196508

Ağacların yarpaqlamağı təbiət üçün faydalı olsa da, bəzi ərazilərdə sürücülər üçün təhlükə saçır.

Bizim.Media xəbər verir ki, paytaxt küçələrində ağac budaqlarının arasında gizlənən yol nişanlarını tez-tez görmək mümkündür. Daha doğrusu bu nişanları görmək mümkün olmur xüsusilə də işıqforları.

Bu isə sürücülərə müəyyən çətinliklər yaradır.

Sürücülər ağacların budaqlarının işıqforun işığını gizlətməsi səbəbindən problem yaşandığını bildirirlər. Yolda hərəkət edən zaman işıqforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar.
Məsələ ilə əlaqədar Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, yol nişanlarının qarşısını örtən ağaclarla bağlı, balansdaşıyıcı tərəfindən birliyə müraciət olunmalıdır.

Həmin müraciət əsasında budanma işləri həyata keçirilir. Lakin onu da nəzərə almaq lazımdır ki, ağac budaqlarının artması daimi proses olduğundan qurum tərəfindən də mütəmadi monitorinqlər keçirilir. Çəkilişdən sonra da sözügedən ünvanda budaqlar, yaşıllaşdırma birliyinin əməkdaşları tərəfindən budanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO