Salyanda yol qəzası: 3 nəfər xəsarət aldı

Salyanda yol qəzası: 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Salyanda yol qəzası: 3 nəfər xəsarət aldı

196502

Salyanda minik avtomobili motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Noxudlu kəndindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil motosikletlə (“Muravey”) toqquşub. 

Qəza nəticəsində Salyan rayon sakinləri - 1954-cü il təvəllüdlü Əsgərov Yedigar Əfsər oğlu və onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Əsgərova Məlahət Allahyar qızı, habelə Neftçala rayon sakini, 2003-cü il təvəllüdlü Dəmirli Ələsgər Şahmar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdlırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO