Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki 1-ci mədən adlanan ərazidə yaşayan sakinlər yol problemindən şikayətçidirlər.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı sakinlər danışıblar.
Onların sözlərinə görə, dörd ildir, məsələ ilə bağlı bələdiyyəyə şikayət etsələr də, problem həllini tapmayıb:
"Belə yol olmaz. Təcili tibbi yardım və taksi yol bərbaddır deyə gəlmir. Uşaqlar məktəbə gedib-gələ bilmirlər. Sanki kəndin ucqar yerində yaşayırıq".
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media