Xəbər verdiyimiz kimi, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.
Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, əsgər Əli Nağıyev Gəncə şəhərindəndir.
MÖVZU İLƏ BAĞLI:
DSX-nin 2 hərbi qulluqçusunu ildırım vurdu
Xatırladaq ki, mərhumların meyiti hazırda tibbi ekspertiza olunur.
Ekspertiza müayinəsindən sonra ailələrinə təhvil veriləcək.
Aytəkin Alxaslı, Bizim.Media