Şamaxıda Hava Şarları Festivalı davam edir - FOTO/VİDEO

Şamaxıda Hava Şarları Festivalı davam edir - FOTO/VİDEO

Hazırda oxunan: Şamaxıda Hava Şarları Festivalı davam edir - FOTO/VİDEO

196431

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı var.
Saat 16:00-dan isə festivalın bədii proqramı start götürüb. “iTicket.az” saytı vasitəsilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcəklər. Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq olar.
 



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO