Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında bildirilib.
Mənbə yazır ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Allah rəhmət eləsin!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:39 / 09.06.2024
DSX-nin 2 hərbi qulluqçusunu ildırım vurdu
Hazırda oxunan: DSX-nin 2 hərbi qulluqçusunu ildırım vurdu
Hazırda oxunan: DSX-nin 2 hərbi qulluqçusunu ildırım vurdu
196417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.