Bərdə sakininin qulağını kəsiblər? - Polis araşdırır

Bərdə sakininin qulağını kəsiblər? - Polis araşdırır

Hazırda oxunan: Bərdə sakininin qulağını kəsiblər? - Polis araşdırır

196396

Bərdə rayonunda bazarda satıcı işləyən şəxsin ölümcül döyülməsi, qulağının kəsilməsi bağlı şikayətin polisdə araşdırmadığına dair sosial mediada iddialar yayılıb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, tərəflər arasında bazarda yer üstündə mübahisə olub, biri digərini yumruqla vurması nəticəsində o qulağından xəsarət alıb. 

Şəxsin qulağının hansısa kəsici alətlə kəsilməsi faktı yoxdur. Bununla bağlı rayon polis şöbəsinə daxil olan şikayət üzrə təhqiqat araşdırması aparılır, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb.

Araşdırmanın nəticəsindən, xəsarətin dərəcəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. 

Şikayətçinin müraciətinə baxılmadığına dair iddiaları şəxsi mülahizələrdir, polis tərəfindən zəruri tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO