Sel suları Zaqatala kəndlərində də FƏSADLAR TÖRƏTDİ - FOTO

Sel suları Zaqatala kəndlərində də FƏSADLAR TÖRƏTDİ - FOTO

Hazırda oxunan: Sel suları Zaqatala kəndlərində də FƏSADLAR TÖRƏTDİ - FOTO

196380

Zaqatala rayonunun Yuxarı Tala kəndinə yağan güclü leysan yağışları kəndin daxilindən keçən Dəyirmançayda suyun artmasına və daşqınlara səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, leysan  fərdi təsərrüfatlara, kəndin bir sıra infrastrukturuna ciddi zərər vurub.  

Yuxarı Talada onlarla sakinin həyət-bacası sel sularından sonra lil altında qalıb. Sakinlərə ən ciddi təhlükə isə hələ də kəndin daxilindən keçən Dəyimançay hesab olunur. Çünki növbəti yağışlarda çayın yenidən daşma ehtimalı var və bu daha ciddi fəsadlar yaranacaq.  
Evi belə təhlükəli ərazidə inşa edilən kənd sakini Ziyəddin Mahmudovun sözlərinə görə, ömrünün 65-ci baharını yaşayır və bu günə kimi belə bir təbiət hadisəsi  ilə qarşılaşmayıb.

Digər kənd sakini Mövləddin Qurbanəliyevin də həyəti sel-sulara qərq olub:  “Dəyirman çay bizim evin həyətindən keçir. Həyatımda ilk dəfədir belə bir təbii fəlakətlə üzləşirəm”. Kənd sakini onu da əlavə edib ki,  çayın daşması nəticəsində onun xeyli arı ailəsini eləcə də toyuq cücəsini sel aparıb. 

Kənd bələdiyyəsinin sədri Eldar Qanzayevin sözlərinə görə, yağışlar ara verən kimi  Suvarma Sistemləri İdarəsinin  ekskavator və texnikaları ərazidə təmizləmə işlərinə başlayıb.  

Qeyd edilib ki, yaranmış son vəziyyətlə bağlı növbəti günlərdə növbətçilik təşkil ediləcək, fəsadların aradan qaldırılması üçün işlər davam etdiriləcək.














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO