Ötən ay “qara bazar”da dəyəri 13 milyon manat olan narkotik vasitələr ələ keçirilib - FOTO/VİDEO

Ötən ay “qara bazar”da dəyəri 13 milyon manat olan narkotik vasitələr ələ keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: Ötən ay “qara bazar”da dəyəri 13 milyon manat olan narkotik vasitələr ələ keçirilib - FOTO/VİDEO

196345

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 31 əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə,  nəticədə 39 nəfər və 4 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla “qara bazar”-da dəyəri 13 milyon manat olan 325 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 3 kiloqram zəhəri maddə olan civə, 2 min ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib. 

Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli imişlər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
 






Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO