May ayında Azərbaycana ən çox turist hansı ölkədən gəlib? – SİYAHI

May ayında Azərbaycana ən çox turist hansı ölkədən gəlib? – SİYAHI

Hazırda oxunan: May ayında Azərbaycana ən çox turist hansı ölkədən gəlib? – SİYAHI

196319

Bu ilin may ayında ölkəmizə 69 minə yaxın rusiyalı səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Respublika Dövlət Turizm Agentliyi yayıb.

Məlumata görə, may ayında ölkəyə Rusiyadan təxminən 69 min turist gəlib ki, bu da Azərbaycana turist səfərlərinin ümumi həcminin 36%-ni təşkil edir.

İkinci yerdə İran vətəndaşları qərarlaşıb. Onlar xarici turistlərin ümumi sayının 10%-ni təşkil ediblər.
Reytinqdə üçüncü yeri Qazaxıstan vətəndaşları tutub. Turistlərin təxminən 4%-i Qazaxıstandan gəlib.

Məlumatda o da bildirilir ki, bu ilin 5 ayında Azərbaycana turist axını 35 faiz artıb.

Ötən ay ölkəyə 240 minə yaxın əcnəbi səyahətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO