Yazıçılar Birliyi Hüseynbala Mirələmova toxunmayacaq - Qurumdan AÇIQLAMA

Yazıçılar Birliyi Hüseynbala Mirələmova toxunmayacaq - Qurumdan AÇIQLAMA

Hazırda oxunan: Yazıçılar Birliyi Hüseynbala Mirələmova toxunmayacaq - Qurumdan AÇIQLAMA

19631

Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayımlanan qeyri-etik videosuna görə, artıq tutduğu bir neçə vəzifəsini itirib.

76 yaşlı eks millət vəkili Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri vəzfəsi ilə vidalaşmalı olub. O, üzv olduğu Yeni Azərbaycan Partiyasından da xaric edilərək YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən də kənarlaşdırılıb. 

Eks deputatın vəzifələri, üzv olduğu təşkilatları saymaqla bitmir. Belə ki, H.Mirələmov həm də Azərbaycan ədəbiyyatına verdiyi töhvələrinə görə, AYB-in də üzvüdir.

Bununla yanaşı o, həm də bir sıra ədəbi mükafatlara da layiq görülüb. Onların arasında “Qızıl Qələm”, Abdulla Şaiq” və Rəsul Rza” mükafatları da var. 

Lakin bir neçə gündür sosial şəbəkələrdə Mirələmovun AYB-də uzaqlaşdırılması barədə fikirlər yayımlanır. Əsasən, gənc yazarlar bu barədə postlar paylaşaraq, eks deputatın Yazıçılar Birliyinin üzvlüyündən çıxarılmasını demək olar ki, tələb edirlər.

Məsələnin aktuallığını nəzər alıb Yazıçılar Birliyi ilə əlaqə saxlayıb bu barədə qurumun atacağı addımları dəqiqləşdirmək istədik.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid Bizim.Media-ya açıqlamasında bildirib ki, bu barədə artıq  AYB sədri, xalq yazıçısı Anar fikrini ifadə edib.

“Sizin suallarınınzdan lap 37-nin iyi gəlir. Bu barədə birliyin sədri Anar öz fikrini deyib. O, bildirib ki, Hüseynbala Mirələmovu tənbeh edəcəyik”. 

Qurumun mətbuat katibi Xəyal Rza isə məsələyə münasibət bildirərkən deyib ki, Hüseynbala Mirələmovun AYB üzvülüyündən çıxarılması barədə məsələyə baxılmır. 

“Əgər onun qurumun üzvlüyündən uzaqlaşdırılması barədə gəzən söz-söhbətləri nəzərdə tutursunuzsa, bu yalnız şayiədir”,- deyə, o, vurğulayıb.

AYB-nin rəsmisi Mirələmova veriləcək tənbeh barədə danışarkən qeyd edib ki, bu barədə də heç bir qərar verilməyib. Sonda Xəyal Rza bu barədə sosial şəbəkələrdə yayılan etirazlara da münasibət bildirib.

“Yazıçılar birliyi fəaliyyətini sosial şəbəkələr üzərindən qurmayıb ki, oradan gələn etirazlara görə hansısa məsələni müzakirəyə çıxarsın. Ümumiyyətlə, pandemiya dövrü olduğu üçün və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən fəaliyyət göstərdiyimiz üçün qurum məhdud vəziyyətdə fəaliyyət göstərir. Ona görə də bu dəqiqə heç bir mövzuda müzakirə aparılmır”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO