Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarlanıb

Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarlanıb

Hazırda oxunan: Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarlanıb

196281

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icrasını davam etdirirlər.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara, 2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən Xocalı şəhəri ərazisində yabanı halda bitmiş, 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO