Mağaza və restoranlarda müştərilərdən kartdan - karta köçürmə istənilir - VİDEO

Mağaza və restoranlarda müştərilərdən kartdan - karta köçürmə istənilir - VİDEO

Hazırda oxunan: Mağaza və restoranlarda müştərilərdən kartdan - karta köçürmə istənilir - VİDEO

196261

Bəzi mağazalarda, restoranlarda və iaşə obyektlərində ödəniş pos terminal ilə yox kartdan karta köçürməklə təklif olunur.

Bizim.Media xəbər verir ki, son dövrlər belə hallarda artım müşahidə edilir. Bu isə müşərilər üçün əlavə çətinlik yaradır.

Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu hallarda qəbzlər verilmədiyinə görə, vətəndaşın şikayəti olsa belə onun hüquqlarını müdafiə etmək olmur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən isə bildirilib ki,nağdsız ödənişlər yalnız pos-terminal vasitəsilə qəbul edilməlidir. Əks halda istehlakçılara pos-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır.
Qeyd edək ki, vergidən yayınmanın cəriməsi gizlədilən məbləğin 50 faizini təşkil edir.

Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialında:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO