Dəli Kür bir gecədə üç dostun taleyini müəmmaya çevirdi - Hadisənin PƏRDƏARXASI - VİDEO

Dəli Kür bir gecədə üç dostun taleyini müəmmaya çevirdi - Hadisənin PƏRDƏARXASI - VİDEO

Hazırda oxunan: Dəli Kür bir gecədə üç dostun taleyini müəmmaya çevirdi - Hadisənin PƏRDƏARXASI - VİDEO

196245

İyunun 2-də Tovuzda Kür çayına düşən avtomobildən çıxaraq xilas olan Turqut İbrahimov hadisənin detalları barədə danışıb.

Bizim.Media xəbər verir ki, hadisə zamanı içində dörd nəfər olan avtomobil çaya düşüb.

Onlardan yalnız T.İbrahimov xilas olmağa nail olub.
O, hadisə baş verərkən içkili olduğunu söyləyib:

"Balıq tutmaq üçün getmişdik, evə gələndə qarşımızdakı yol bir anlıq yoxa çıxdı, görmədik. Sürücü içkili deyildi, biz isə içmişdik. Heç nə hiss etmədik, bir də gördük ki, sudayıq. Maşın çayda fırlanaraq məni suya atdı. Birtəhər üzməyi bacardım, sudan qırağa çıxdım. Batdığımız yerə gəlib bizimkiləri səslədim. Kolluğa baxdım, amma heç kim yox idi. Yardım istədim, mühafizə gəldi, tibbi yardım göstərdilər. Təcili tibbi yardım gələndən sonra isə məni xəstəxanaya çatdırdılar".

Daha ətraflı BakuTV-nin süjetində:
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO