Xırdalanda müəllimlərdən pul tələb edən bağça müdirinə şiddətli töhmət VERİLDİ - FOTO

Xırdalanda müəllimlərdən pul tələb edən bağça müdirinə şiddətli töhmət VERİLDİ - FOTO

Hazırda oxunan: Xırdalanda müəllimlərdən pul tələb edən bağça müdirinə şiddətli töhmət VERİLDİ - FOTO

196194

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinin sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı məlumat yayıb. 

İdarədən Bizim.Media-ya verilən məlumata görə, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.

"Eləcə də, Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb”, - məlumatda bildirilib. 

Xatırladaq ki, bağça müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO