Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova media nümayəndələrinə müraciət edib.
Bizim.Media-nın məlumatına görə, S.Məmmədova nazir Azad Rəhimovla bağlı yalnış informasiyaların yayılması ilə bağlı narahatlığını ifadə edib.
“Hörmətli media nümayəndələri! Hər birinizin narahatlığını başa düşür, anlayışla qarşılayıram.
Hər birinizə Azad müəllim üçün etdiyiniz dualar, dediyiniz xoş sözlər üçün dərin təşəkkür edirəm. Sizdən son dərəcə xahiş edirəm, əsaslanmamış informasiyaları yayıb çaşqınlıq yaratmayın. Bu onun ailəsinə, doğmalarına çox pis təsir edir. Telefonum hər biriniz üçün açıqdır və daima əlaqədəyik. Bacardığım qədər daima sizi məlumatlandıracam. Bir daha təşəkkür edirəm.”- deyə o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 30.04.2021
Nazirlikdən Azad Rəhimovla bağlı son MƏLUMAT
Hazırda oxunan: Nazirlikdən Azad Rəhimovla bağlı son MƏLUMAT
Hazırda oxunan: Nazirlikdən Azad Rəhimovla bağlı son MƏLUMAT
19619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.