06.06.2024-cü il tarixdə Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.
Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 07.06.2024
Zaqatalada qarayara AŞKARLANDI – 3 nəfər…
Hazırda oxunan: Zaqatalada qarayara AŞKARLANDI – 3 nəfər…
Hazırda oxunan: Zaqatalada qarayara AŞKARLANDI – 3 nəfər…
196189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.