Qazaxda təhsil müəssisəsində MƏNİMSƏMƏ - Cinayət işi açıldı 

Qazaxda təhsil müəssisəsində MƏNİMSƏMƏ - Cinayət işi açıldı 

Hazırda oxunan: Qazaxda təhsil müəssisəsində MƏNİMSƏMƏ - Cinayət işi açıldı 

196176

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində xeyli miqdarda büdcə vəsaiti mənimsənilib, cinayət işi açılıb. 

Bu barədə Bizim.Media-ya Qazax Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsasssız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO