Bəzən marketlərdə xəbərsiz halda vaxtı keçmiş məhsullar, qidalar alırıq. Həmin qidaları istehlak etdikdən sonra isə orqanizmimizdə fəsadları ortaya çıxır.
Bəs sözügedən qida məhsullarının satışa çıxarılmasında yaranan boşluqlar və bu qidaların zərərləri nələrdir?
Qida texnoloqu Ağa Salamov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, mikrobioloji çirklənməyə məruz qalmış qidalar hamısı zərərlidir:
“Məsələn, riskli qidalar: toyuq, ət, balıq, süd məhsulları və bunlardan hazırlanan məhsulları deyə bilərik. Sözügedən məhsulların düzgün daşınmaması, emal prosesinin düzgün aparılmaması soyuq və isti qida zəncirində qırılmalara yol açır. Bu da sonda istehlakçıları zəhərləməklə nəticələnir.
Bu şərtlər üçün xüsusi təlimlər var. O təlimlərdən keçən aşpaz heyəti, hotel işçiləri, ictimai iaşə müəssisələrinin mətbəx işçiləri, məhsul qəbulunu reallaşdıran təchizat şöbəsi və s. təlimləri bilməlidirlər. Onlar bilməlidir ki, məhsulları hansı temperaturda saxlamaq lazımdır. Emal prosesi neçə saat olmalıdır, otaq neçə dərəcə olmalıdır?! Sadaladıqlarımız hər biri əsas şərtdir. Bunların zərərləri də qida zəncirinin sonunda istehlakçının zəhərlənməsi ilə nəticələnir”.
Ekspert deyib ki, fəstfudların, cipslərin hazırlandığı yağlar mədə problemləri, mədəaltı vəz, qaraciyər piylənməsi kimi ciddi fəsadlara yol açır:
“Milli mətbəximizdən uzaq düşəndə, "abur-cubur" yeyəndə insan orqanizmində ciddi xəstəliklər yaranır. Bu baxımdan milli mətbəximizə üstünlük verməliyik ki. sağlamlığımız da yerində olsun”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 07.06.2024
Vaxtı ötsə də, satışdan yığışdırılmayan qidalar... – Bu məhsulların hansı zərərləri VAR?
Hazırda oxunan: Vaxtı ötsə də, satışdan yığışdırılmayan qidalar... – Bu məhsulların hansı zərərləri VAR?
Hazırda oxunan: Vaxtı ötsə də, satışdan yığışdırılmayan qidalar... – Bu məhsulların hansı zərərləri VAR?
196175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.