Son zamanlar məşhurlaşmaq istəyənlərin açıq-saçıq və ya vulqar geyimlərlə diqqətləri öz üzərlərinə çəkmələrinin şahidi oluruq. Daha çox bu missiyanı isə toy müğənniləri və sosial şəbəkə blogerləri yerinə yetirir. Estetik və bədənşəkilləndirmə əməliyyatları nəticəsində gözəlləşən bu məşhurlar açıq-saçıq geyimləri ilə bədənlərini nümayiş etdirir, özlərini bir növ reklam etməklə məşğuldurlar. Bir sözlə bunu edərək doğurdan da məşhurlaşmağı bacarırlar.
Maraqlıdır, buna əsasən deyə bilərikmi ki, cəmiyyətimiz açıq-saçıqlığa acdır?
Psixoloq Gülnar Orucova Bizim.Media-ya bildirib ki, cəmiyyət nə qədər pisləsə də, estetik əməliyyatlar keçirmiş xanımlara diqqət, maraq daha böyükdür:
“Amma bu maraq xüsusi kütləyə aiddir. Əvvəllər estetik əməliyyatları göz önündə olanlar etdirirdisə, indi sıradan evdar qadınlar da bunu etdirir. İnsanlar estetik əməliyyatları dəb halına gətiriblər. Keçmiş müğənnilərlə indikilər arasında çox böyük fərq var. Gəlin korifey Flora Kərimovaya baxaq. Onu kütlə yox, bütün cəmiyyət sevir. Çünki o, nə açıq-saçıq geyinib, nə bədənşəkilləndirmə edib, nə də ağır bahalı qızıllar taxıb. Lakin həmişə səsi ilə könülləri oxşayıb. Baxmayaraq ki, illər keçib, o məşhurluğunu qoruyub saxlayır”.
Psixoloq bildirib ki, bugünkü müğənnilərin səhnəyə gəldikdən bir müddət sonra adları da yada düşmür:
“Çünki onlar ancaq müəyyən kütlənin trendə çevirdiyi bayağı mahnıları ilə yadda qalırlar. Bu gün insanların beyni düşünmək yox, ancaq əylənmək və həzz istəyir. Bizdə trendə nəsə düşən kimi, hamı başlayır onu təkrarlamağa... Lakin onlar düşünmürlər ki, özümüzə hörmət hissi olmalıdır. Elə bil bunlara kimsə deyib ki, müğənni olmaq üçün birinci bədənşəkilləndirmə etməlisən, plastik əməliyyatlardan keçməlisən, sonra oxumalısan”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 08.06.2024
“Cəmiyyət pisləsə də, estetik əməliyyatlı qadınlara maraq daha böyükdür” – Psixoloq
Hazırda oxunan: “Cəmiyyət pisləsə də, estetik əməliyyatlı qadınlara maraq daha böyükdür” – Psixoloq
Hazırda oxunan: “Cəmiyyət pisləsə də, estetik əməliyyatlı qadınlara maraq daha böyükdür” – Psixoloq
196149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.