AXCP İdarə Heyətinin üzvü, partiya sədri Əli Kərimlinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media-nın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.
Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.
Fakt üzrə araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:26 / 07.06.2024
Əli Kərimlinin müavini oğurluq edərkən KAMERAYA DÜŞDÜ - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Əli Kərimlinin müavini oğurluq edərkən KAMERAYA DÜŞDÜ - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Əli Kərimlinin müavini oğurluq edərkən KAMERAYA DÜŞDÜ - Rəsmi AÇIQLAMA
196139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.