Bakı məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı AÇIQLANDI  

Bakı məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı AÇIQLANDI  

Hazırda oxunan: Bakı məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı AÇIQLANDI  

196131

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir. 

İdarədən Bizim.Media-ya verilən xəbərə görə, paytaxtda 42 070 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 372 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 767 müəllim fəaliyyət göstərir. 

2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 530 uşaq cəlb olunub. 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO