Sərnişindaşıma qaydalarını pozan sürücülər cərimələndi – FOTO  

Sərnişindaşıma qaydalarını pozan sürücülər cərimələndi – FOTO  

Hazırda oxunan: Sərnişindaşıma qaydalarını pozan sürücülər cərimələndi – FOTO  

196111

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də sərnişindaşıma qaydalarını kobud şəkildə pozan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, tədbirlər nəticəsində sərnişin daşınması üçün standartlara cavab verməyən avtobus və mikroavtobuslar aşkar olunub.

Həmçinin, qanunsuz sərnişindaşıma ilə məşğul olan və müvafiq kateqoriyası olmayan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Yoxlamalar zamanı həmin nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırıldığı da məlum olub. 
Sürücülərlə maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO