Üç dostu birləşdirən faciəli ölüm: Beş yaşlı qızı atasını axtarır - VİDEO 

Üç dostu birləşdirən faciəli ölüm: Beş yaşlı qızı atasını axtarır - VİDEO 

Hazırda oxunan: Üç dostu birləşdirən faciəli ölüm: Beş yaşlı qızı atasını axtarır - VİDEO 

196073

İyunun 2-si Tovuzda istirahətə gedən dörd dost gecə vaxtı geri qayıdarkən avtomobillə Kür çayına düşüb.

Bizim.Media xəbər verir ki, nəticədə dostlardan üçü çayda batıb, onlardan yalnız biri üzərək sudan çıxa bilib. İtkin düşənlərin qohumlarının sözlərinə görə, suyun olduqca dərin olması axtarış işlərini çətinləşdirir.

"Dörd gündür mən buradayam. Qüvvə azdır, bizə əsas axtarış qrupu lazımdır. Aidiyyəti qurumlardan xahiş edirəm, əlavə qüvvə göndərsinlər, yardım əlini üzərimizdən çəkməsinlər. Heç olmasa, meyitini tapaq, balalarının gözü yoldan yığılsın", - itkin düşən Tural Quliyevin atası deyib.
Qeyd edək ki, ilkin məlumata görə, hadisəyə səbəb işlək avtomobil yolunun sel nəticəsində sıradan çıxması olub. Gecə saatlarında sürücü yolu müəyyən edə bilmədiyindən avtomobil çaya düşüb.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO