Birinci Qarabağ müharibəsi şəhidi İxtiyar Əkbərovun qalıqları Gəncədə dəfn olunub – FOTO

Birinci Qarabağ müharibəsi şəhidi İxtiyar Əkbərovun qalıqları Gəncədə dəfn olunub – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsi şəhidi İxtiyar Əkbərovun qalıqları Gəncədə dəfn olunub – FOTO

196059

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Əkbərov İxtiyar Hüseyn oğlunun qalıqları bu gün ailəsinə təhvil verilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhid 13.10.1993-cü ildə Tərtər şəhərinin Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunub.

Respublikanın 13 şəhər və rayonunda yerləşən 21 qəbiristanlıqda birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş şəhid məzarlarından 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilərək itkin ailəsindən götürülən bioloji nümunələrlə eyniləşdirilib. 
24 yanvar 1961-ci ildə Gəncə şəhərində anadan olan İxtiyar Əkbərov 24 saylı orta məktəbi bitirdikdən sonra 1978-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və iki il Xabarovsk şəhərində xidmət etdikdən sonra Azərbaycana qayıdıb. Gəncə Dəmir-Beton zavodunda fəhlə işləyən İxtiyar Əkbərov 1983-cü ildə ailə qurub və iki övladı dünyaya gəlib. 

Şəhid erməni faşistlərin xalqımıza qarşı törətdikləri qanlı hadisələrə dözə bilməyib və 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. O zamanlar Azərbaycanın 703 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlayan Əkbərov dəfələrlə əsgər yoldaşlarını mühasirədən azad edib, döyüş zamanı qorxmadan öndə gedib.

Əkbərov İxtiyar Hüseyn oğlu 13 oktyabr 1993-cü ildə Ağdərə rayonu Heyvalı kəndi ərazisində döyüş tapşırığını yerinə yetirən zaman itkin düşüb.

Şəhid Gəncə şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, şəhid ailələri, Gəncə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO