Bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçumuz Şəmkirdə dəfn edildi - FOTO

Bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçumuz Şəmkirdə dəfn edildi - FOTO

Hazırda oxunan: Bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçumuz Şəmkirdə dəfn edildi - FOTO

196038

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin və hərbçimizin xidmət etdiyi N saylı hərbi hissənin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak ediblər.

Sənan Əhmədov rayon qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nurəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO