Bir neçə nəfəri bir qəbirdə dəfn etmək – İslamda buna İCAZƏ varmı? 

Bir neçə nəfəri bir qəbirdə dəfn etmək – İslamda buna İCAZƏ varmı? 

Hazırda oxunan: Bir neçə nəfəri bir qəbirdə dəfn etmək – İslamda buna İCAZƏ varmı? 

196032

Azərbaycanda vəfat edən insanın dəfni onun dini və mənsub olduğu xalqın milli adət-ənənələrinə uyğun keçirilir. Ona görə də fərqli dəfn adətləri mövcuddur. Əsasən İslam dininə uyğun olaraq ölünün torpağa basdırılması adəti geniş yayılıb.

Bununla yanaşı, ölkədə eyni vaxtda bir məzarda iki və daha artıq şəxsin dəfn olunması halları da yaşanıb. Belə hallar əsasən hansısa qəza, bədbəxt hadisə nəticəsində eyni səbəbdən həyatını itirmiş insanların dəfni zamanı baş verir.

Təcrübədə sevgililərin, ər və arvadın və ya bir neçə ildən sonra valideynin məzarında dəfn olunması hallarına rast gəlinib. Azərbaycanın məşhur insanlarının dəfn olunması zamanı da belə hallar az da olsa qeydə alınıb.

Qanun buna icazə verirmi?

Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na görə, qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.

Bəs İslam dininin qaydaları buna icazə verirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, əgər ölən şəxsi başqa məzarda dəfn etmək imkanı varsa, onda iki nəfər bir məzarda dəfn olunmamalıdır:

“İslam dininə görə, yer məhdudiyyəti yoxdursa, hər kəs üçün ayrı məzar qazılıb orada da dəfn olunmalıdır. Müəyyən səbəblər, vəsiyyətə əsasən və ya yer məhdudiyyəti olarsa, bu mümkündür. Ancaq qəbri açmaq haram və günah olduğuna görə, birinci qəbir aradan çıxmış olmalıdır. Yəni tam əmin olunmalıdır ki, artıq insanın nəşi çürüyüb, torpağa qarışıb. Ondan sonra bu mümkündür”.

O vurğulayıb ki, iki şəxsin eyni vaxtda bir məzarda dəfn olunması mümkündür:

“Sonradan birinin məzarını açmaq və orada digərini dəfn etmək yolverilməzdir. Bu, nöqsan hesab olunur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO