Naxçıvanda təlim-metodiki toplantı keçirildi – FOTO/VİDEO

Naxçıvanda təlim-metodiki toplantı keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanda təlim-metodiki toplantı keçirildi – FOTO/VİDEO

196022

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, təlim-metodiki toplantıda ilk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb.

Toplantıda əsas diqqət taktiki, atəş, fiziki, sürücülük, artilleriya, mühəndis və sıra hazırlığından praktiki nümayiş məşğələlərinin planlaşdırılaraq keçirilməsinə yönəldilib.
Zabitlərin nəzəri biliklərinin, praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən məşğələlərdə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər və onların həlli istiqamətində suallar işlənilib.

Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO