Bakıda blokun girişi çökdü, 58 yaşlı qadın yaralandı – VİDEO

Bakıda blokun girişi çökdü, 58 yaşlı qadın yaralandı – VİDEO

Hazırda oxunan: Bakıda blokun girişi çökdü, 58 yaşlı qadın yaralandı – VİDEO

196014

Bakının Xətai rayonunda yaşayış binasında giriş blokunun önü çöküb. Hadisə Köhnə Günəşli qəsəbəsindəki Mehmandarov küçəsində baş verib.

Bizim.Media xəbər verir ki, sakinlər hadisə yerindən çəkdikləri görüntüləri “qafqazinfo.az”a göndəriblər.

Görüntülərdə vətəndaşların xəsarət alan bir şəxsə kömək etdikləri görünür.

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlanılıb Qurumdan bildirildi ki, çökmə qeydə alınandan sonra əraziyə tibbi yardım briqadası cəlb olunub:

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.06.2024-cü il tarixində saat 10:10 radələrində Xətai rayonu, Mehmandarov küçəsi 74, blok 8 ünvanında balkonun çökməsi və bir nəfərin (qadın cinsli) xəsarət alması səbəbilə müraciət daxil olub.

Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 58 yaşlı şəxsə diz nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub. O, hospitalizasiyadan imtina edib”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO