Belarus Ağdamda müasir aqroşəhərcik inşa edəcək

Belarus Ağdamda müasir aqroşəhərcik inşa edəcək

Hazırda oxunan: Belarus Ağdamda müasir aqroşəhərcik inşa edəcək

196012

Belarus Qarabağın dirçəlişinə öz konkret töhfəsini verəcək.

Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası zamanı deyib.

Onun sözlərinə görə, əsas layihələrdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin, həmçinin fəhlələr və onların ailə üzvləri üçün mənzil və sosial obyektlərin yaradılması olacaq.

“Biz bu əhatəli layihənin konsepsiyasını dövlət başçılarına təqdim etməyi planlaşdırırıq”, - deyə o əlavə edib.

Hökumətlərarası komissiyanın işinin nəticəsi iclasın protokolu və qarşıdakı dövr üçün Belarus və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yenilənmiş yol xəritəsinin imzalanması olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO