Füzulinin 6 min 200 hektar ərazisi suvarma suyu ilə TƏMİN olunur - VİDEO

Füzulinin 6 min 200 hektar ərazisi suvarma suyu ilə TƏMİN olunur - VİDEO

Hazırda oxunan: Füzulinin 6 min 200 hektar ərazisi suvarma suyu ilə TƏMİN olunur - VİDEO

196003

“Füzulidə 6200 hektar əkinəyararlı torpaq sahəsi suvarma suyu ilə təmin olunur”.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Elçin Məmmədov Füzuliyə səfər edən jurnalistlərə açıqlamasında deyib.

E. Məmmədov bildirib ki, 30 illik işğal dövründə bütün infrasturuktur obyektləri kimi su təsərrüfatı obyektlərinin də baxımsız qalması nəticəsində Füzuli ərazisi yararasız hala düşmüşdü və bəziləri də qərəzli şəkildə dağıldılmışdı:

“44 günlük Vətən Müharibəsi və Antiterror tədbirləri ilə torpaqlarımızın işğaldan azad olumması nəticəsində Qarabağ torpaqları və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə başlanıldı. Bu quruculuq işləri ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi işçi qrupu yaratdı və bu işçi qrupu bütün su təsərrüfatı ərazilərində monitotinq apardı. Monitorinq nəticəsində məlum oldu ki, Köndələnçay su anbarlarında da həmin dağılmalar var.
“Köndələnçay- 1 su anbarı 3.9 milyon kub metr, Köndələnçay -2 2.1 milyon kub metr, Aşağı Köndələnçay su anbarı isə 9.5 milyon kub metr su tutumuna malikdir.

Ümumilikdə su anbarları 15.5 milyon kub metr su tutur. Bu su anbarlarının köməyi ilə Füzulunin 6 min 200 hektar ərazisi suvarma suyu ilə təmin olunur”- deyə Elçin Məmmədov qeyd edib.

Bundan başqa Bərpa işlərində kompleksin müəyyən hissələrində betonlama və bəndbərkitmə işləri aparılıb. Suburaxıcı qüvvənin bütün mexaniki avadanlıqları yenidən təmir olunub. Əraziyə suları nəql etmək üçün 3 aqriqatlı nasos stansiyası tikilib istifadəyə verilib”.
 



Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO