Birinci Qarabağ müharibəsinin şəhidi Göyçayda dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Göyçayda dəfn olundu - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Göyçayda dəfn olundu - FOTO

195994

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Eldarov Rasim Səfər oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Füzuli rayonunun Kürdmahmudlu kəndində naməlum şəhid kimi dəfn olunmuşdu.

Bizim.Media xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Ulaşlı-Şıxlı kəndinə gətrilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Eldarov Rasim Səfər oğlu Birinci Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO