Birinci Qarabağ Müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Abbasov Ədalət Vilayət oğlunun qalıqları bu gün ailəsinə təhvil verilib.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, şəhid 1992-ci ildə Tərtər şəhərinin Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunub.
İtkin kimi qeydiyyatda olan və Tərtər şəhərində naməlum əsgərin qalıqları ilə eyni olan şəhid Ədalət Abbasovun yaxınlarının arzusu ilə mərhumun vida mərasimi doğulub boya başa çatdığı Daşkəsən rayonunun Xoşbulaq kəndində keçirilib.
Şəhid Gəncə şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, şəhid ailələri, Daşkəsən və Gəncə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 25.05.1970-ci ildə Azərbaycan Respublikası Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olan Ədalət Abbasov 11 noyabr 1992-ci ildə Daşkəsən Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 15 noyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğurunda gedən döyüşdə şəhid olub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:14 / 06.06.2024
32 il sonra qalıqları tapılan şəhid Gəncədə torpağa TAPŞIRILDI – FOTO
Hazırda oxunan: 32 il sonra qalıqları tapılan şəhid Gəncədə torpağa TAPŞIRILDI – FOTO
Hazırda oxunan: 32 il sonra qalıqları tapılan şəhid Gəncədə torpağa TAPŞIRILDI – FOTO
195984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.