Birinci Qarabağ müharibəsinin daha bir şəhidi ilə vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsinin daha bir şəhidi ilə vida mərasimi keçirilir

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin daha bir şəhidi ilə vida mərasimi keçirilir

195954

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, şəhidin nəşi Daşkəsən rayonu Xoşbulaq kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Ədalət Vilayət oğlu Abbasov 1970-ci il mayın 25-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. O, 1992-ci il noyabrın 15-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Ə.Abbasov Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO