İyunun 5-də COP29 Azərbaycan Əməliyyat Şirkəti “COP29 Sponsorluq və Tərəfdaşlıq” strategiyasının ayrılmaz tərkib hissəsi olan dayanıqlılıq və ətraf mühit kriteriyalarının formalaşması üzrə milli səviyyədə ilkin müzakirələrə start verib.
Bizim.Media xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, şirkət COP29 Sponsorluq proqramını bu ilin mayından etibarən özəl sektora təqdim edib.
“Milli öhdəlik” proqramına əsasən, COP29-un Sponsorluq proqramı çərçivəsində xarici və beynəlxalq sponsorlara dayanıqlılıq hədəfləri ilə bağlı könüllü korporativ öhdəliklər tətbiq olunacaq və bu öhdəlikləri yerinə yetirmək üçün onlara müvafiq səriştələr aşılanacaq.
Milli biznes sektorunun əlliyə yaxın rəhbər nümayəndəsinin iştirak etdiyi seminarda COP29 Konfransına dair mövcud layihələr, ümumi hazırlıq tədbirləri və nəhayət milli biznes nümayəndələri üçün eksklüziv olaraq adaptasiya edilmiş Milli öhdəlik kriteriyası barədə təqdimat keçirilib.
“Milli öhdəlik” proqramı noyabra qədər Bonn Sazişinə uyğun olaraq, qlobal “Race to Zero” və Azərbaycan Respublikasının Milli səviyyədə müəyyən edilmiş töhfələrindən (NDC) ilhamlanaraq formalaşdırılan və istər sosial, istərsə də sənayenin dekarbonizasiyası, su, kənd təsərrüfatı, səhralaşma, yaşıl enerjiyə keçid, eləcə də geniş vüsət alan sosial və digər mövzularda yerli şirkətlər üçün sponsorluq kriteriyası olaraq qəbul edilib.
Özəl şirkətlər iqlim hədəflərinə çatmaq yolunda daxili potensiallarını qiymətləndirmək, COP29-la tərəfdaşlıq çərçivəsində əldə etdikləri bilik və təcrübə əsasında gələcək strategiyalarını formalaşdırmaq və hesabatlılıq və idarəetmə resurslarının artırılmasına yönəlik “Milli öhdəlik” proqramında iştirak etməklə təyin olunmuş sponsorluq kriteriyasına cavab vermiş olurlar.
Şirkətlərin proqram çərçivəsində növbəti 12-24 ay ərzində öz strateji hədəflərini təyin etmələri nəzərdə tutulur.
Qeyd edək ki, bu proqram COP29 Əməliyyat Şirkəti tərəfindən milli özəl sektor nəhənglərinin Konfransda fəal iştirakçılıq imkanları əldə etməsi və eləcə də bu il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində peşəkar bələdçilik və qaydalar toplusuna əsasən dayanıqlılıq davranışlarını təkmilləşdirməsi yolunda irəli sürdüyü mühüm təşəbbüsdür.
COP29 çərçivəsində sponsorluğa və tərəfdaşlığa maraq göstərən şəxslər [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:03 / 05.06.2024
COP29 Əməliyyat Şirkəti biznes nümayəndələri üçün "Milli öhdəlik" proqramına başlayır
Hazırda oxunan: COP29 Əməliyyat Şirkəti biznes nümayəndələri üçün "Milli öhdəlik" proqramına başlayır
Hazırda oxunan: COP29 Əməliyyat Şirkəti biznes nümayəndələri üçün "Milli öhdəlik" proqramına başlayır
195895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.