Bizim.Media beynəlxalq mükafata layiq görüldü – FOTO 

Bizim.Media beynəlxalq mükafata layiq görüldü – FOTO 

Hazırda oxunan: Bizim.Media beynəlxalq mükafata layiq görüldü – FOTO 

195854

Bizim.Media informasiya portalı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mükafatlandırılıb.

Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimi Azərbaycan Yazıçılar Birliyində (AYB) təşkil olunub.

TÜRKSOY-un mükafatını Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Bizim.Media informasiya portalının baş redaktoru Anar Tahirova təqdim edib.

Xalq yazıçısı III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının işıqlandırılmasına göstərdiyi informasiya dəstəyinə görə Bizim.Media informasiya portalının kollektivinə təşəkkürünü bildirib.


Anar Tahirov isə öz növbəsində AYB sədri Anar başda olmaqla III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının keçirilməsində əməyi olan bütün təşkilatçılara, o cümlədən AYB-nin mətbuat xidmətinin rəhbəri, BEYTÜM-ün sədri Xəyal Rzaya belə bir festivalın baş tutmasına görə təşəkkürünü bildirib. Bizim.Media-nın baş redaktoru bu tip festivalların sayəsində ədəbiyyata və kitaba marağın artdığını qeyd edib.


Daha sonra festivalın təşkilində fəal iştirak edən digər qurum və təşkilatlara, onların nümayəndələrinə mükafat və sertifikatlar təqdim olunub.

Xatırladaq ki, 24-31 may tarixlərində “Bizim.Media”nın informasiya dəstəyi ilə keçirilən “III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı” Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Müəllifləri Birliyi (BTMB), Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalının təşkilatçılığı ilə baş tutub.  




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO