Sürücülərin NƏZƏRİNƏ: Bakı-Quba yolunda təmir işləri APARILACAQ

Sürücülərin NƏZƏRİNƏ: Bakı-Quba yolunda təmir işləri APARILACAQ

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakı-Quba yolunda təmir işləri APARILACAQ

195848

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46,9-cu kilometrində yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat 10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Bununla əlaqədar olaraq sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO