Şəkidən olan şəhidimiz 30 il sonra ata yurdunda torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsində naməlum şəhid kimi Beyləqan rayonun Peyğmbər qəbiristanlığında dəfn edilən Səbuhi Süleymanovun nəşi Şəkinin Cəfərabad kəndinə gətirilib.
Şəhidin nəşi əvvəlcə ailəsinə təhvil verilib. Ata yurdunda şəhid üçün vida mərasimi keçirilib.
Mərasimində yüzlərlə kənd sakinləri, şəhid ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərhumun ruhuna dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Səbuhi Süleymanov Səbuhi Süleymanov 1972-ci ildə Şəkinin Cəfərabad kəndində doğulub boya-başa çatıb. O, SSRİ dövründə 2 il hərbi xidmətdə olub. Birinci Qarabağ müharibəsinə isə könüllü qatılıb. 1992-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu