30 ildən sonra nəşi tapılan şəhid Beyləqanda torpağa tapşırıldı - FOTO/VİDEO

30 ildən sonra nəşi tapılan şəhid Beyləqanda torpağa tapşırıldı - FOTO/VİDEO

Hazırda oxunan: 30 ildən sonra nəşi tapılan şəhid Beyləqanda torpağa tapşırıldı - FOTO/VİDEO

195824

Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin tapılması üçün kütləvi məzarlıqlarda aşkarlanmış naməlum cəsəd qalıqlarının müayinəsini davam etdirir.

Dövlət Komissiyasının işçi qrupu 1993-cü ilin avqustunda Füzuli rayonunun Horadiz qəsəbəsi ərazisində itkin düşmüş Quliyevlər ailəsinin bir üzvünün tapıldığını bildirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həmin vaxt Cəbrayılın Niyazqullar kəndindən olan Mehdiqulu Quliyev həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə (bir ailənin 5 üzvü) itkin düşmüşdü.

Füzuli rayonunun Balabəhmənli kənd qəbiristanlığında tapılan qalıqlarından birinin Mehdiqulu Mədət oğlu Quliyevə məxsus olduğu müəyyənləşib.

Qohumları deyirlər ki, Mehdiqulunun valideyinləri dünyadan köçənə qədər övladlarının və nəvələrinin sağ olduğuna, bir gün evə qayıdacaqlarına çox inanıblar. Amma ölənə kimi gözləri yol çəkən yaşlı valideynlər dünən açıqlanan xəbərdən agah ola bilməyiblər.
Qalıqları tapılan 1958-ci il təvəllüdlü Mehdiqulu Quliyev itkin düşərkən 35 yaşında olub.

31 ildən sonra itkin düşmüş bir ailə başçısının nəşi tapılıb. Onun nəşinin qalıqları bu gün Beyləqan rayonun Milabad kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri, həmçinin silahlı qüvvələrin əsgər və zabitləri iştirak edib. Şəhid hərbi orkestrin ifasında dövlət himninin səsləndirilməsi və yaylım atəşlərinin sədası altında torpağa tapşırılıb. 
 












Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO