Birinci Qarabağ müharibəsində şəhid olan Zakir İsaqovun qalıqları Zərdabda dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində şəhid olan Zakir İsaqovun qalıqları Zərdabda dəfn edildi - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsində şəhid olan Zakir İsaqovun qalıqları Zərdabda dəfn edildi - FOTO

195818

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsaqov Zakir Nüsrət oğlunun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. O, Tərtər şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Bizim.Media xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Təzəkənd kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Təzəkənd kəndində, anasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, İsaqov Zakir Nüsrət oğlu Birinci Qarabağ müharibəsində Ağdərə rayonunda itkin düşmüş sayılırdı.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO