Stres gündəlik həyatın ayrılmaz hissəsidir. İş yerindəki təzyiqlər, ailəvi məsuliyyətlər, maliyyə problemləri, şəxsi münasibətlər, bütün bunlar insanın psixoloji və fiziki sağlamlığına təsir edir. Stres insan orqanizmində müxtəlif reaksiyalara səbəb olur ki, bu da həyat keyfiyyətinə, iş qabiliyyətinə və ümumi əhval-ruhiyyəsinə təsir göstərir.
Bəzən yersiz yerə əsəb, gərginlik və stres keçirə də bilirik. Bütün bunlar sağlamlığımıza ciddi təhdiddir və çox hallarda ciddi xəstəliklə belə nəticələnən fəsadlara yol açır.
Dünyada heç bir həkim sırf stresin müalicəsi üçün konkret bir müalicə kursu müəyyən etməyib. Çünki stres hansısa xəstəlik kimi təkcə dərmanla müalicə olunmur. Stresə düşmək nə qədər asandırsa stresdən çıxmaq da bir o qədər çətindir.
Bəs stresdən qurtulmaq üçün nələr etmək lazımdır?
Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, stresdən qurtulmaq üçün sağlam həyat tərzi formalaşdırmaq lazımdır:
“Yəni ilk növbədə idman etmək, erkən yatıb, tez durmaq, düzgün qidalanmaq, keyfiyyətli musiqi dinləmək, teatra getmək, ətrafımızı toksik, bizə zərər vuran, geri salan insanlardan təmizləmək lazımdır.
Ancaq bizə müsbət təsir edən, tənqidi belə inkişafımıza səbəb olan insanlarla ünsiyyətdə olmalıyıq. Ən çox da ətrafın təmizlənməyi vacibdir. Bununla yanaşı, xarici ölkələrdə olduğu kimi həftədə bir dəfə psixoterapiya seanslarına getmək lazımdır. Onda problemlər toplanmır və stres kimi partlayışlar olmur”.
Psixoloq bildirib ki, zərərli stresə distres deyilir:
“Distres artıq orqanizmin tükənməyidir. Yəni belə olan halda tükənmişlik sindromu yaranır. Əgər insanlar vaxtında psixoloqa müraciət etsələr, psixoterapiya seansları götürsələr, onlarda ağır problemlər yaranmaz və dərman vasitələrini qəbul etmələrinə ehtiyac qalmaz”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:50 / 05.06.2024
Həyatımızın QAÇILMAZ PROBLEMİ – Stresdən necə uzaq OLAQ?
Hazırda oxunan: Həyatımızın QAÇILMAZ PROBLEMİ – Stresdən necə uzaq OLAQ?
Hazırda oxunan: Həyatımızın QAÇILMAZ PROBLEMİ – Stresdən necə uzaq OLAQ?
195799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.