Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri Vaqif Hüseynov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" məlumat yayıb.
Məlumata görə, 82 yaşlı Vaqif Hüseynov Rusiyada dünyasını dəyişib.
Qeyd edək ki, 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olan Vaqif Hüseynov orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.
O, 1989-1991-ci illərdə Azərbaycan DTK-nın sədri vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:16 / 04.06.2024
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri VƏFAT EDİB - FOTO
Hazırda oxunan: Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri VƏFAT EDİB - FOTO
Hazırda oxunan: Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri VƏFAT EDİB - FOTO
195721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.