Lənkəran Perinatal mərkəzdə dünyaya gələn oğlan uşağı ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaxınlarının məlumatına görə qeysəriyyə yolu ilə dünyaya gələn uşaqda heç bir problem olmayıb.
Sonradan uşağın ürək döyüntüləri yoxlanılaraq əməliyyata götürülüb. Əməliyyat zamanı uşaq ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Mərkəzin ilkin açıqlamasına görə 1993-cü il təvəllüdlü qadın hamiləliyinin 38-ci həftəsində 03.06.2024-cü il tarixdə gündüz saatlarında Lənkəran Rayon Perinatal Mərkəzə müraciət edib. Hamilə qadın bütün lazımi müayinələrdən keçirilib. Saat 21:15-də planlı əməliyyat məqsədilə Doğum şöbəsinə daxil olub.
04.06.2024 tarixində saat təqribən 07:30- 07:35 radələrində müalicə həkimi dölün ürək vurğularını eşitmədiyi üçün əməliyyata alıb, döl ölü doğulub.
Qeyd edək ki, ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin övladı olub. Tələf olan körpə dölün ölüm səbəbi tam ekspertizadan sonra açıqlanacaq.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:20 / 04.06.2024
Lənkəranda meyxanaçının yeni doğulan körpəsi ölüb
Hazırda oxunan: Lənkəranda meyxanaçının yeni doğulan körpəsi ölüb
Hazırda oxunan: Lənkəranda meyxanaçının yeni doğulan körpəsi ölüb
195697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.