Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO

Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO

195696

Tərtərdəki məzarlıqda 30 ildən çox naməlum döyüşçü kimi  saxlanılan Osman Xəlifə oğlu Rəcəbovun da ruhu dinclik tapıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Osman Rəcəbovun nəşi bu gün saat 17-00-da doğulduğu Xaçmaz rayonunun Maqsudkənd yaşayış məntəqəsinə gətirilib.

Ata yurdunda  şəhidin doğmaları onun nəşi ilə vidalaşdıqdan sonra  cənazə kənd qəbiristanlığına aparılıb.

Osman Rəcəbovun ruhu hörmətlə anılıb, xatirəsinə hərbçilər yaylım atəşi açıblar.

Osmanın nəşinə bükülmüş üçrəngli Azəbaycan bayrağı böyük qardaşına təqdim olunub. Doğmaları illər sonra Osmanın qalıqlarının tapılaraq doğma kəndlərində basdırılmasında zəhməti olan rəsmi qurumların əməkdaşlarına təşəkkür ediblər.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO