BİZİM TƏQVİM: 5 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 5 iyunda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 5 iyunda baş vermiş tarixi hadisələr

195694

Bu qərar 1972-ci ilin 5 iyun tarixində İsveçin Stokholm şəhərində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Konfransında verildi.

Ətraf mühitin mühafizəsinə hər il dünyanın qabaqcıl ölkələrində külli miqdarda vəsait xərclənir, enerji əvəzediciləri axtarışı sahəsində tədqiqat işləri aparılır. Ekoloji problemlər planetin hər yerində, o cümlədən Azərbaycanda ciddi narahatlıq doğurur. Dövlət səviyyəsində həyata keçirilən proqramlar bu problemlərin həllinə əsaslı zəmin yaradır.

Bəs iyunun 5-də dünyada daha hansı hadisələr baş verib?

1. Amerika yazıçısı Harriet Biçer Stounun sonradan 23 dilə çevriləcək və filmi də çəkiləcək köləlik əleyhinə "Tom dayının daxması" romanı 1851-ci ilin 5 iyunundan bir qəzetdə hissə-hissə nəşr olunmağa başlayıb.

2. 5 iyun 1926-cı ildə Türkiyə Millətlər Birliyinin şərtlərini qəbul edərək Mosul və Kərkükü İraqa verdi. İngiltərə ilə imzalanan müqaviləyə əsasən, İraq da neft gəlirlərinin 10 faizini 25 il boyu Türkiyəyə verməyə razılaşdı.

3. Türkiyənin Kiprə müdaxiləsinin qarşısını almaq məqsədilə ABŞ prezidenti Lindon Beyns Concon 1964-cü ilin 5 iyununda Türkiyə tarixinə "Conson məktubu" olaraq düşən, Türkiyənin Kiprə qarşı NATO-dan aldığı silahlardan istifadə etməyəcəyini bildirən, içi təhdidlərlə dolu ağır bir məktub göndərdi. Bu məktuba dövrün baş naziri İsmət İnönü "Yeni bir dünya qurular və Türkiyə bu dünyada öz yerini tutar" cümləsi ilə cavab verdi.

4. 5 iyun 1967-ci ildə İsrail və Misir, İordaniya, Suriya arasında 6 günlük müharibə başladı. Müharibə Misir Hərbi Hava Qüvvələrini bir gün içində tamamilə məhv edən İsrailin üstünlüyü ilə sona çatdı.

5. 5 iyun 1975-ci ildə İsrail və ərəb ölkələri arasında olan “Altı günlük müharibə” zamanı bağlanılan Süveyş kanalı beynəlxalq dəniz yoluna bir də 8 ildən sonra açıldı.

6. 1992-ci ilin bu günündə Azərbaycanla Bolqarıstan, Norveç və Portuqaliya arasında diplomatik əlaqələr qurulub.

7. 5 iyun 2006-cı ildə Türkiyənin Antalya şəhərində Dünya azərbaycanlıları ziyalılarının I forumu işə başlayıb. Foruma dünyanın 40 ölkəsindən 300-dək nümayəndə - azərbaycanlı ziyalılar, Azərbaycan və Türkiyənin dövlət və hökumət rəsmiləri, deputatlar, diaspor təşkilatlarının rəhbərləri qatılıb.

8. 2014-cü ilin bu günündə Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.

9. 5 iyun həm də “Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 14 may tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər il iyunun 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

5 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Tanınmış ispan şairi və dramaturqu Federiko Qarsia Lorka 1898-ci ilin bu günü anadan olub.

2. Türkiyənin məşhur “Yeşilçam” kinostudiyasının filmlərində rol alan, 1 romanı, 4 şeir kitabı olan şair, kino və teatr aktyoru Cahit İrqat 1971-ci ilin bu günü 55 yaşında dünyasını dəyişib. (1916–1971)

3. 1908-ci ilin bu günündə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri Mikayıl Müşfiq anadan olub. Repressiya qurbanı olan Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasında yer alıb.

4. 5 iyun 1939-cu ildə Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlu dünyaya gəlib. O məşhur Azərbaycan şairi Səməd Vurğunun oğludur.

5. Teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti Hamlet Xanızadə 5 iyun 1941-ci ildə anadan olub.

6. Azərbaycan hərbçisi, Milli Qəhrəman Cavanşir Rəhimov 1973-cü ilin bu günündə dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO