Ramiz Rövşəndən Qubadlıya getməsi ilə bağlı AÇIQLAMA – VİDEO 

Ramiz Rövşəndən Qubadlıya getməsi ilə bağlı AÇIQLAMA – VİDEO 

Hazırda oxunan: Ramiz Rövşəndən Qubadlıya getməsi ilə bağlı AÇIQLAMA – VİDEO 

195672

Xalq şairi Ramiz Rövşən bu ilin yayında Qubadlını ziyarət edə biləcəyini açıqlayıb.

Şair Bizim.Media-ya açıqlamasında bu barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Rövşən: “III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının işini yüksək qiymətləndirirəm” – VİDEO 


“Mənim pilləkən qalxmağım belə problemdir. O vaxt dədə-baba yurduma gedəcəm ki, orda gəzə bilim. Mən o yerləri gəzmək istəyirəm. Belə düşünürəm ki, bəlkə də bu yay ora gedə bildim, alınmasa gələn il... Oranı gəzmək üçün təkcə ürək və baş yox, həm də ayaq lazım olduğuna görə, “İnşallah olar” deyək” – deyə, Ramiz Rövşən bildirib. 

Qeyd edək ki, şair iştirak etdiyi tədbirlərdə pilləkənləri qalxıb-enərkən əziyyət çəkir. 

Xatırladaq ki, xalq şairi Ramiz Rövşən Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olsa da, əslən Qubadlının Teymur Müskanlı kəndindəndir.
 


Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO